Bakı
01.05.2023
Tələblər:
- Ali Tibbi təhsil olmalı;
- Microsoft office və Excell bilməli;
- Komandada işləmək bacarığı olmalı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
İş haqqında məlumatlar:
- Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
- Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
- Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
- Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
- Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
- Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
- Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
- Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
- Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;
- İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri şöbəsində Koordinator” qeyd etməyiniz xahiş olunur.