10 C
Baku
Wednesday, December 11, 2024

Korporativ sığorta üzrə mütəxəssis – PASHA Insurance

0
Korporativ sığorta üzrə mütəxəssis – PASHA Insurance
Bakı
14.07.2023

Vəzifə öhdəlikləri:

  • Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə Korporativ sığorta üzrə Koordinatorun tapşırdığı sığorta növləri üzrə məhsulların və xidmətlərin inkişafı üzərində işlənilməsi
  • Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması
  • Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi
  • Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatların toplanaraq Anderraytinq şöbəsinə təqdim olunması
  • Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi
  • Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması
  • Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarının müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi,  eləcədə birbaşa tabe olduğu menecerin rəhbərliyi altında sığorta haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi
  • Potensial  müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, sığorta şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi
  • Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması

Biliklər:

  • Biznes və ya marketinq sahəsində ali təhsil
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür
  • Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri

Təcrübə:

  • Satış sahəsində sığorta  istiqaməti üzrə azı 1 il iş təcrübəsinin olması

Bacarıqlar:

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Çalışqan olmaq
  • Öhdəliklərinə məsuliyyətli olmaq
  • Dəqiqlik
  • Fikirlərini aydın izah edə bilmək
  • İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
  • Problemli vəziyyəti həll etmək
  • Komandada işləmək
  • Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları

Son müraciət tarixi: 13 avqust 2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta