23 C
Baku
Sunday, September 29, 2024

Baş frontend proqramçı – MPAY QSC

0
Baş frontend proqramçı – MPAY QSC
Bakı
12.09.2023

Vəzifə öhdəlikləri:

  • Veb tətbiqin kodlaşdırma işlərinin həyata keçirilməsi və tətbiqin fəaliyyəti dövründə ortaya çıxan xətaların aradan qaldırılması;
  • Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
  • Proqramçı səviyyəsində testlərin həyata keçirilməsi
  • Dizayn yenilənmələrinin tətbiqdə əks etdirilməsi
  • CI/CD metoduna uyğun olaraq davamlı olaraq yeni relizlərin buraxılması
  • Yeni texnologiyaların tətbiq edilməsi;
  • Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üçün komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmək;
  • Komandaya yeni qoşulan həmkarlara dəstək olmaq, ehtiyac olduqda komanda daxilində müvafiq təlimlərin keçirilməsi.

Tələblər:

  • JavaScript, Vue.js, React. Js, HTML və CSS (SCSS) üzrə biliklər və iş təcrübəsi
  • RESTful API, Git, Webpack bilik və bacarıqları
  • UI freymvorklarla işləmə bacarığı
  • Təməl backend bacarıqlar, BE işləyişi barədə anlayış, ehtiyac olduqda API-ların təkmiləşdirilməsi barədə təkliflərin verilməsi
  • Tapşırıqları maraqlı tərəfələrlə müzakirə etmə, onları digər frontend proqramçılara təyin etmə və icrasına dəstək olma bacarıqları
  • Veb saytın təhlükəsizliyini təmin etmə bacarıqları

Şəxsi keyfiyyətləri:

  • Komanda şəklində işləmə bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və işgüzar
  • Korporativ ünsiyyət bacarıqları.

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş frontend proqramçı” yazılmalıdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT