Bakı
02.10.2023
İş haqqında məlumat:
- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
- İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- Arxiv işinin təşkili və aparılması
- Kargüzarlıq işinin aparılması və sənəd dövriyyəsinə nəzarət edilməsi;
- Sənəd dövriyyəsinin sistemləşdirilməsi, gələn sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə təhvil verilməsi;
- Sənədlərin icrasına nəzarət edilməsi və müəyyən qaydada yığılması;
- Tərtib olunan müqavilələrin yoxlanılması və nömrələnməsi;
- Sənədlərin və məktubların düzgün formada tərtib olunması və göndərilməsi;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmə
Namizədlərə tələblər:
- Ali təhsil (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s);
- AR Əmək qanunvericiliyi üzrə nəzəri biliklərə malik olmalıdır;
- “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) işləmək bacarığı .
- Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək.
- İş təcrübəsi müvafiq sahədə minimum 2 il olmalıdır.
- Dəqiqlik;
- Nəticəyönümlülük;
- Komanda ilə işləmək bacarığı
- Stressə davamlı və öyrənməyə maraqlı,
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
Qeyd: Zəhmət olmasa [email protected] mailı elanın içərisində göstərilsin.
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |