18 C
Baku
Sunday, September 29, 2024

Təcrübəçi Hüquqşünas – Kristal Abşeron

0
Təcrübəçi Hüquqşünas – Kristal Abşeron
Bakı
26.10.2023

Vakansiyanın təsviri

  • Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında hüquqşünaslara köməklik göstərmək;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.
  • Təcrübə müddəti 3 ay müddətində;
  • 5 günlük iş qrafiki;
  • Əmək haqqı 345 AZN;
  • İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24.

Xüsusi tələblər

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (yalnız sonuncu kurs tələbələri və ya təhsil müəssisələrini yeni bitirənlər üçün);
  • Azərbaycan dilini mükəmməl bilməlli, Rus və İngilis dili arzuolunandır;
  • Sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı;
  • Yeni bilik və bacarıqlar əldə etmək üçün daim çalışmalı və axtarış aparmaq qabiliyyətinə malik olmalı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq