7 C
Baku
Thursday, December 12, 2024

Əməkhaqqının hesablanması üzrə mütəxəssis – Azərşəkər LLC

0
Əməkhaqqının hesablanması üzrə mütəxəssis – Azərşəkər LLC
Bakı
19.12.2023

Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Yeni əməkdaşlara bank hesablarının açılması və əmək haqqı kart sifarişlərinin yerinə yetirməsi;
Əməkdaşlarının işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının uçotu tabellərinin tərtib olunması;
Həyatın Yığım Sığortası proqramına aid sənədləşmənin aparılması;
DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək.
Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
Vəzifə tələbləri:
Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
Səlis Azərbaycan dili bilikləri (Rus və İngilis dili – arzuolunandır);
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: BEGOC Biznes Mərkəzi
Son müraciət tarixi: 30.12.2023
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əmək haqqının hesablanması üzrə mütəxəssis) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər