24 C
Baku
Friday, October 4, 2024

Aparıcı Mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Aparıcı Mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
13.09.2024

Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi Aparıcı mütəxəssis

Vəzifənin funksiyaları:

  • Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə inkişaf istiqamətlərinin müəyyən edilməsi, bu istiqamətdə tədbirlərin icrası və koordinasiyasını həyata keçirir;
  • Milli Ödəniş Sisteminin inkişaf layihələrinin hazırlanmasında və müvafiq tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
  • Ölkədə nağdsız hesablaşmaların təşkili, habelə ödəniş sistemlərinin fəaliyyəti üzrə normativ-metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi ilə bağlı normayaratma fəaliyyətində iştirak edir;
  • Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasını hazırlayır, bu istiqamətdə beynəlxalq qəbul edilmiş standartların, təcrübələrin təhlilinin aparır və təkliflər hazırlayır;
  • Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
  • Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
  • Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
  • Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Kompetensiyalar:

Davranış kompetensiyalar:

  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Komandada işləmə
  • Təkmilləşməyə meyllilik
  • Analitik təhlil etmə
  • Araşdırma aparma
  • Ünsiyyət qurma
  • Vaxtın idarə edilməsi
  • Təqdimat bacarıqları

Texniki kompetensiyalar:

  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
  • Təqdimat və yazı bacarığı 

Təcrübə:

Maliyyə sektorunda azı 2 illik iş təcrübəsi 

Təhsil:

Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)

Dil bacarığı:

Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)

Kompüter bacarıqları:

MS Office proqramları 

Son müraciət tarixi: 01.10.2024

Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106