22 C
Baku
Friday, October 4, 2024

Mühasib – Azparking MMC

0
Mühasib – Azparking MMC
Bakı
13.09.2024

İş yeri: Bakı şəhəri;

İş təcrübəsi: Tikinti sahəsi üzrə mühasib vəzifəsində minimum 2  il iş təcrübəsi;

Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vahid bəyannamənin hazırlanaraq dövlət orqanına təqdim edilməsi;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
  • Bank ödənişlərinin həyata keçirilməsi;
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
  • Və digər cari əməliyyatların həyata keçirilməsi.

Tələb olunan səriştələr:

  •  e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az- rəsmi dövlət portalları ilə sərbəst işləmək bacarığı;
  • 1C proqramı üzrə yüksək səviyyədə istifadə bacarığı;
  • Microsoft Excel proqramından istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı
  • Komanda daxilində çalışmaq bacarığı;

İş şəraiti:

  • Əmək haqqı: 1200-1500 AZN
  • İş qrafiki : Tam iş həftəsi (5 gün);
  • İş saatları: 09:00-18:00;
  •     İstirahət günləri: Şənbə, bazar

Müraciət forması: 

Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

Təqdim etdiyimiz imkanlar:

  • Karyera yüksəlişi imkanı.
  • Rəqabətədavamlı əmək haqqı sistemi.
  • Korporativ mədəniyyətə sahib iş mühiti.

[email protected]

 

İşin aid olduğu sahə

KateqoriyaMühasib