19 C
Baku
Friday, October 4, 2024

Ümumi şöbə müdiri – Azərbaycan Respublikasının Təhsil İnstitutu

0
Ümumi şöbə müdiri – Azərbaycan Respublikasının Təhsil İnstitutu
Bakı
16.09.2024

Vakansiyanın təsviri

  • Ümumi şöbənin işinin qanunvericiliyə və müəssisənin daxili qaydalarına uyğun aparılmasını təmin etmək;
  • Kargüzarlıq işinə, şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin etmək;
  • Struktur bölmələrdə kargüzarlığın aparılmasına nəzarəti təmin etmək;
  • Sənəd dövriyyəsinin icrasının düzgünlüyünü və idarə edilməsini təmin etmək;
  • Sənədlərin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
  • Arxiv işinin təşkilinə, sənədlərin saxlanılması və onlardan istifadə edilməsinə rəhbərliyi həyata keçirmək;
  • Vətəndaşların qəbulu prosesinin həyata keçirilməsini təmin etmək;
  • Şöbənin əsasnaməsi üzrə müvafiq vəzifə və funksiyaları yerinə yetirmək;
  • Rəhbərliyin imzası üçün təqdim olunan sənədlərin tərtibedilmə keyfiyyətinə baxmaq.

İş qrafiki:

  •  I-V günlər 09:00-18:00 arası;
  • Nahar fasiləsi: 13:00-14:00 arası
  • İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.
  • İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

 

Xüsusi tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə ən az 1 il iş təcrübəsi;
  • “MS Windows”, “MS Office” və s. (yüksək səviyyədə);
  • Azərbaycan dili (yazılı və şifahi): yüksək səviyyədə;
  • Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
  • Mərkəzləşdirilmiş qaydada kargüzarlıq işini aparma bacarığı;
  • Elektron sənəd dövriyyəsi proqramlarında işləmə bacarığı.

 

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 20.09.2024-cü il tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Şöbə müdiri” başlığı altında göndərmələri xahiş olunur.

Müraciət etmək üçün[email protected]