20 C
Baku
Thursday, October 3, 2024

Şöbə rəisi (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə) – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Şöbə rəisi (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə) – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
18.09.2024

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
  • Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
  • Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
  • Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
  • Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;

Texniki biliklər

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Risk təhlili – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
  • Təcrübə: maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 4 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarə edilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
  • Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər  peşəkar sertifikatlar üstünlükdür.

Müraciət üçün son tarix: 06.10.2024

Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi