20 C
Baku
Thursday, October 3, 2024

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri – Azerbaijan Energy Regulatory Agency

0
İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri – Azerbaijan Energy Regulatory Agency
Bakı
18.09.2024

Vəzifə öhdəlikləri:

  • Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir;
  • Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;
  • Müvafiq sahənin səmərəli fəaliyyətini və istehlakçılara aşağı tariflə (qiymətlə) yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləyir;
  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
  • Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;
  • Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
  • Enerji sahəsində iqtisadi, tarif və statistika siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirilməsi ilə bağlı tədbirlər görür;
  • Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir;
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir.

Tələblər:

  • “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 25-40 aralığı;
  • Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
  • Azərbaycan dilini səlis, ingilis dili  yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik olmalıdır;
  • İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır
  • ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 17 oktyabr 2024-cü il

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları