20 C
Baku
Thursday, October 3, 2024

Əmək haqqı mühasibi – Premium Mining

0
Əmək haqqı mühasibi –  Premium Mining
Bakı
18.09.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəhbərliyin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • Rəhbərliyin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin, işçilərin son haqq-hesabının və s. hesablamalarının həyata keçirilməsi və ödəniş cədvəllərinə işlənilərək ödənişə hazır vəziyyətə gətirilməsi və internet banka yüklənməsi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Rüblər üzrə Vahid bəyannamənin hazırlanıb Vergi orqanına göndərilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı bütün suallarının vaxtında cavablandırılması;
  • Daxili nizam intizam qaydalarına və Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına ciddi riayət etməli;
  • Baş mühasibin verdiyi şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər: 

  • Ali təhsilli
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi

İş şərtləri: 

  • İşçi illik iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə, gündə 7 saat, həftədə 40 saatdan çox olmayaraq işləyir.
  •  İş saat 09.00-da başlayır, saat 17.00-da bitir.
  •  Nahar fasiləsi saat 13.00-dan 14.00-dəkdir:
  •  İstirahət günləri hər həftənin şənbə və bazar günləridir.
  • Əmək haqqı: 1000 AZN
  • İş yeri Şıxov ərazisində yerləşir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected] elektron ünvanına mövzu yerinə “Əmək haqqı mühasibi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaMühasib