19 C
Baku
Wednesday, October 2, 2024

Baş hüquqşünas – Azərbaycan Respublikasının Təhsil İnstitutu

0
Baş hüquqşünas – Azərbaycan Respublikasının Təhsil İnstitutu
Bakı
19.09.2024

Vakansiyanın təsviri

 

  • İnstitutun fəaliyyətini tənzimləyən müxtəlif növ qərarlar, əmr və sərəncamlar, əsasnamə, prosedur, qayda və təlimatlar hazırlamaq və ya onlara hüquqi rəy vermək;
  • İnstitutu dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil etmək, onlardan daxil olan sorğuları cavablandırmaq və müvafiq sənəd və arayışlar hazırlamaq;
  • Müxtəlif növ müqavilələr hazırlamaq, müqavilə layihələrinə hüquqi rəy və təkliflər vermək;
  • İnstitutun təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Daxili struktur bölmələrdən gələn hüquqi sorğuların cavablandırlıması, zəruri hallarda struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və s.
  • Rəhbərliyin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.
  • İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

 

Xüsusi tələblər

 

  • Ali hüquq təhsili;
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, miqrasiya, təhsil və inzibati prosessual qanunvericilik biliyi;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və stresə davamlı;
  • Səliqəli, punktual, kollektivdə işləmə bacarığı;
  • “MS Office” proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis və rus dili biliyi olanlara üstünlük verilir

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 30 sentyabr tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Baş hüquqşünas” başlığı altında göndərmələri xahiş olunur.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq