24 C
Baku
Wednesday, October 2, 2024

Kommersiya şöbəsinin rəhbəri – GT LLC

0
Kommersiya şöbəsinin rəhbəri – GT LLC
Bakı
20.09.2024

İşin təsnifatı:

  • Kommersiya planı yaratmaq üçün bazar araşdırmasının və təhlilin aparılması;
  • Şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
  • İnkişafın sürətləndirilməsi üçün şirkətin məqsədlərinə uyğun olaraq kommersiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
  • Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
  • Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
  • Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
  • Marketinq, satış və müştəri xidmətləri kimi müxtəlif şöbələrlə iş birliyinin təşkil edilməsi;
  • Maliyyə hədəflərinin müəyyən edilməsi, xərclər və büdcənin hazırlanmasının monitorinqinin həyata keçirilməsi;
  • Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Yeni müştərilər cəlb etmək və müştəri münasibətlərini idarə etmək;
  • KPI-lərdən istifadə edərək kommersiya göstəricilərinin izlənilməsi, ölçülüb təhlil edilməsi;
  • Əsas məlumat bazasından istifadə edərək kommersiya fəaliyyətinin icrasına nəzarət edilməsi və üst rəhbərlik üçün hesabatların hazırlanması;
  • Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsi;
  • Sosial media platformaları üçün (İnstagram, Facebook, Linkedİn və s.) günlük və həftəlik kontentin hazırlanması (foto,reels,mətn və.s) və paylaşmasını təmin etmək;
  • Tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
  • Müqavilələrin hazırlanması prosesini imzaya qədər nəzarət və idarə etmək; Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
  • Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
  • İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
  • Maliyyə axınları hesabatlarını hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
  • Aralıq hesabatlarının hazırlanması (İnterim Cost Reports);
  • Qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
  • Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
  • İnsan Resursları şöbəsi ilə birgə Şöbə tabeçiliyində olacaq işçilərin işəgötürülmə prosesini təmin etmək;
  • Satış komandalarını formalaşdırmaq;
  • Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
  • Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Satış istiqamətində bütün işini koordinasiya etmək;
  • LEAD / DEAL emal prosesini təmin etmək;
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
  • Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq.

Namidə aid tələblər:

  • Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi : Müvafiq sahə üzrə minimum rəhbər vəzifədə 3-5 il iş təcrübəsi4
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili yaxşı (Rus dili arzuolunandır);
  • Kreativ və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • İdarəetmə bacarığı;
  • Satış, marketinq və ya müştərilərlə əlaqələrin idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq.

İş şəraiti:

  • İş rejimi:  5 günlük ;
  • İş yeri: Bakı şəhəri.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Kommersiya şöbəsinin rəhbəri” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. [email protected]