22 C
Baku
Thursday, October 3, 2024

Logistika departamentinin direktoru – Mars Overseas Baku

0
Logistika departamentinin direktoru – Mars Overseas Baku
Bakı
25.09.2024

İş yeri: Bakı şəhəri

Əsas vəzifə öhdəlikləri:

  • Logistika sistemlərinin layihələndirilməsini və onların müəssisədə həyata keçirilməsini əlaqələndirmək; logistika xərclərini hesablamaq, logistika üçün büdcə hazırlayır və ona əməl olunmasını təmin etmək
  • İstehsal planlarını və onların yerinə yetirilməsinə dair hesabatları təhlil etmək; ehtiyatların saxlanması və saxlanması üçün xərclər bazası ilə birlikdə fasiləsiz istehsal üçün tələb olunan ehtiyatların həcmini planlaşdırmaq
  • Anbarlara maddi-texniki ehtiyatların və məhsulların tədarükü, yükləmə-boşaltma əməliyyatlarını aparmaq, ehtiyatların və məhsulların qəbulu və anbarlara vermək, onların anbarlarda saxlanması üçün zəruri rejim və şəraiti təmin etmək
  • Yüklərin daşıyıcılara təhvil verilməsi və malların alıcılara çatdırılmasına nəzarət etmək
  • Kadrların seçilməsini və təlimini təşkil etmək; kadrları logistikanın əsasları ilə tanış etmək; kadrlar üçün vəzifə bölgüsü aparmaq; fəaliyyətə əsasən heyətin işini qiymətləndirmək

Tələblər:

  • Təhsil – Ali
  • Təcrübə – 3-5 ilədək uyğun sahədə iş təcrübəsi (FMCG sahəsi arzuolunandır)
  • Logistika proseslərinin təşkili, daxili intizam qaydaları, avtonəqliyyatın müəssisəsinin istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları haqqında məlumatlı olması
  • MS Office yaxşı səviyyədə bilməsi
  • Ezamiyyətə gedə bilməsi

Əlavə məlumat:

  • Tibbi sığorta
  • Təlim və inkişaf imkanları
  • Nahar təminatı

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Logistika departamentinin direktoru” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.  [email protected]