1 C
Baku
Saturday, December 14, 2024

Plastik kart və cüzdan şöbəsinin rəhbəri – Golden Pay

0
Plastik kart və cüzdan şöbəsinin rəhbəri  – Golden Pay
Bakı
25.09.2024

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və idarə etmək, şöbə qarşısında duran vəzifələrin icrasını təmin etmək
  • İdarəetmə orqanlarının, işçi kollegial orqanlarının və GoldenPay rəhbərliyinin şöbənin fəaliyyəti ilə bağlı qərarlarının icrasını təmin etmək
  • GoldenPay-in normativ aktlarının və daxili sənədlərinin tələblərinə (şöbənin fəaliyyətinə aid olduğu dərəcədə) riayət etmək
  • Şöbənin fəaliyyətinin bütün sahələrinə nəzarəti təşkil etmək və şöbədə aparılan işlərin məxfiliyini lazımi səviyyədə təmin etmək
  • Şöbənin Əsasnaməsinin və şöbənin ştat cədvəlinin layihəsini GoldenPay-in səlahiyyətli orqanına baxılması üçün təqdim etmək
  • Şöbənin işçiləri arasında vəzifələri bölüşdürmək və şöbə işçilərinin ixtisaslarının artırılmasına yönəlmiş işləri təşkil etmək
  • Şöbənin öz funksiyalarını yerinə yetirmə qaydasını müəyyən edən daxili sənədləri hazırlamaq və GoldenPay-in digər departamentləri ilə razılaşdırmaq, habelə şöbənin öz funksiyalarını yerinə yetirməsi üçün GoldenPay-in digər departament və şöbələri ilə qarşılıqlı fəaliyyət göstərmək
  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə inzibati sənədlərin müəyyən edilmiş qaydada hazırlanaraq təsdiqə təqdim edilməsini təşkil etmək
  • GoldenPay-in daxili sənədləri ilə verilmiş səlahiyyətlərə uyğun olaraq idarəetmə orqanları, işçi kollegial orqanları və rəhbərlik tərəfindən qəbul edilmiş və ya təsdiq edilmiş qərarları həyata keçirmək
  • Müvafiq konsaltinq işlərini yerinə yetirərək (müştəriyə GoldenPay-in plastik kartlarının növləri, plastik kartlarla və elektron cüzdanla ödənişlərin aparılması xüsusiyyətləri haqqında məlumat vermək) GoldenPay-in fərdi və korporativ plastik kartlarının istehsalı və cüzdanların aktivləşdirilməsi üçün müştərilərdən (fiziki və hüquqi şəxslərdən) müraciətləri qəbul etmək (xaricdə və internet üzərindən daxil olan müraciətlər də daxil olmaqla)
  • GoldenPay müştəriləri ilə əlaqələrin vəziyyətinin təhlilini aparmaq və onların inkişafı üçün təkliflər hazırlamaq
  • GoldenPay-in daxili qaydaları çərçivəsində müştərilərə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə kartlara və elektron cüzdanlara xidmət göstərilməsi üçün vahid texnologiyanın təmin edilməsi və təkmilləşdirilməsi
  • VISA və Mastercard ilə hesablaşmaların və üzləşmələrin təşkili

Tələblər:

  • Ali təhsil
  • PMP, CFA, CPA kimi beynəlxalq sertifikatlar arzuolunandır
  • Bank sahəsində təcrübə üstünlükdür
  • Satış bacarıqları
  • Kredit portfeli ilə işləmək təcrübəsi
  • Kredit məhsulları ilə işləmək bacarığı
  • Məhsulun yaradılması və idarəedilməsi təcrübəsi
  • Rəhbər vəzifəsində 2-3 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi
  • MS Office proqramlarını yaxşı bilmək
  • Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilmək üstünlükdür

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi  email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər