Bakı
26.09.2024
Vəzifə öhdəlikləri :
- Müqavilələr, ödəniş aktları, İT inventarının təmir protokolları və satınalma tarixçəsi daxil olmaqla bütün sənədlərin idarə olunmasına cavabdehlik.
- Hüquq və maliyyə departamentləri arasında əlaqələndirici rolun yerinə yetirilməsi: müqavilələrin imzalanması, detalları dəqiqləşdirmək və hər iki tərəfdə bloklar olduqda məsələni həll etmək üçün layihə menecerinə eskalasiya etmək.
- Daxili istifadə üçün sorğuların hazırlanması və yayılması: şöbə daxilində məlumatların toplanmasını təmin etmək məqsədilə sorğu formalarının hazırlanması.
- Onboarding prosesinin idarə edilməsi: yeni namizədlərin məlumatlarını layihə menecerinə ötürərək onların işə daxil edilməsini təmin etmək.
- Departamentlər (Admin, HR) və holdinq daxilindəki digər şirkətlər arasında İT məsələləri üzrə əlaqələndirici rolun yerinə yetirilməsi: sorğular əsasında layihə menecerinə eskalasiya etmək.
- Layihə meneceri ilə əməkdaşlıq çərçivəsində İT şöbəsi daxilində təcrübə mübadiləsi platformasının işə salınması: əməkdaşların bilik və təcrübə mübadiləsi aparmalarını təmin etmək.
- Sistem administratorları ilə əməkdaşlıqda İT avadanlığının vəziyyətinə nəzarət, qeydiyyatın aparılması və avadanlığın təmiri və ya dəyişdirilməsi təşkil etmək.
Tələblər:
- Ali Təhsil: Müvafiq sahədə ali təhsil.
- Sənədləşmə təcrübəsi: Sənədlərin idarə olunması və emalı proseslərinin bilikləri, sənədləri sistemləşdirmək və təşkil etmək bacarığı.
- Kommunikasiya bacarıqları: Müxtəlif şöbələr və əməkdaşlar ilə effektiv şəkildə ünsiyyət qurmaq bacarığı.
- Təşkilatçılıq bacarıqları: Böyük həcmdə məlumatlarla işləmək, tapşırıqları və prioritetləri bölüşdürmək, son tarixlərə riayət etmək bacarığı.
- İT inventarı ilə iş təcrübəsi: İT avadanlıqları və onların idarə olunması (qeydiyyat, təmir, dəyişdirmə) haqqında əsas biliklər.
- İnkişaf yönümlülük: Əməkdaşlar arasında təcrübə mübadiləsi platformasının işə salınması kimi yeni ideyalar təklif etmək və tətbiq etmək bacarığı.
- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində intermediate səviyyəsindən aşağı olmamaq.
Şərtlər :
- İş rejimi: 5/2
- Iş saatları : 09:00-18:00
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri : Ağ şəhər biznes mərkəzi
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni “ İT assistenti ” mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
İşin aid olduğu sahə
Kateqoriya | İT |