1 C
Baku
Saturday, December 14, 2024

İnzibatçılıq Departamentinin Satınalma bölməsinin mütəxəssisi – Milli Depozit Mərkəzi

0
İnzibatçılıq Departamentinin Satınalma bölməsinin mütəxəssisi – Milli Depozit Mərkəzi
Bakı
26.09.2024

Vakansiyanın təsviri

  • Satın alınacaq malların (işlərin və xidmətlərin) qanunla tələb olunan müddətdə planlaşdırılması üçün tədbirlərin görülməsi və illik satınalma planının hazırlanmasında iştirak etmək;
  • Satın alınacaq malların (işlərin və xidmərlərin) iş həcmlərinin və şərtlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti struktur bölmələrdən məlumatlar tələb etmək və almaq, layihə (texniki) tapşırıqlara dair rəy və təkliflərin vermək;
  • Alınacaq malların (işlərin və xidmərlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satın alınmasının təşkili üçün sənədləşmələrin təmin edilməsi, ehtimal olunan qiymətlərin hesablanması;
  • Keçirilən satınalma müsabiqələrinin şərtlərinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin və məlumatların ümumiləşdirilərək tender komissiyasına təqdim etməsi;
  • Elan edilmiş elektron satınalma prosedurlarına nəzarət etmək, malgöndərənlərin (podratçıların) satınalma proseduru barədə suallarının cavablandırılması və satınalma prosedurlarının gedişatı barədə tender komissiyasına icmal məlumatların təqdim edilməsi;
  • Tender (kotirovka) təkliflərinin qiymətləndirilməsi və müqayisəsində iştirak etmək;
  • Zərurət olduqda satın alınması planlaşdırılan malların (işlərin və xidmərlərin) bir mənbədən satınalma metodunun tətbiqinə uyğun olub-olmamasının araşdırılması və əsaslandırılmasında iştirak etmək;
  • Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət etmək;

Xüsusi tələblər

  • Ali təhsil;
  • İxtisas üzrə sertifikatlar;
  • Dövlət satınalmasında təcrübə arzuolunandır;
  • Azərbaycan və xarici dili biliyi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Təşəbbüskarlıq;
  • Səliqəlilik və dəqiqlik;
  • Kollektivdə işləmək bacarığı.

CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Müraciət etmək üçün[email protected]