1 C
Baku
Saturday, December 14, 2024

Tədqiqatlar və protokolların tətbiqi şöbəsi aparıcı böyük məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

0
Tədqiqatlar və protokolların tətbiqi şöbəsi aparıcı böyük məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Bakı
27.09.2024

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinə aparıcı / böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: 

Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı:

Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (tibbi ixtisaslar üzrə)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları
  • Tibbi xidmətin təşkilinin əsasları
  • Tibbi etikanın və deontologiyanın əsasları
  • MS Office proqramlarında işləmək bacarığı- yaxşı səviyyədə
  • Dil bilikləri: İngilis və rus dili – yaxşı səviyyədə

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • Ünsiyyət bacarığı
  • Detallara diqqət

İşin təsviri

  • Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə klinik tövsiyələrə əsasən qabaqcıl təcrübənin tətbiq edilməsi
  • Tibb müəssisələrinə elmi yeniliklər və yeni kliniki protokolların çatdırılması
  • TƏBİB-in tabeliyində olan tibb müəssisələrində aparılan planlaşdırılmış və sərbəst elmi-tədqiqat işlərinin əlaqəli fəaliyyətinin təmin edilməsi
  • Klinik protokolların tətbiqində aşkar olunmuş maneələrin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi
  • Əhalinin tibbi maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
  • Tibb müəssisələrinin fəaliyyətinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması üçün təkliflərin verilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Tədqiqatlar və protokolların tətbiqi şöbəsi – aparıcı / böyük məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 13 oktyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları