20 C
Baku
Friday, November 1, 2024

Maliyyə monitorinqi şöbəsinin müdiri – Unicapital

0
Maliyyə monitorinqi şöbəsinin müdiri – Unicapital
Bakı
22.10.2024

Vakansiyanın təsviri

  • ƏL/TMM üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə gündəlik nəzarət etmək;
  • Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini gündəlik əsasla həyata keçirmək, monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim edilməsini təmin etmək;
  • Müştərilərin və benefisiarların eyniləşdirilməsini və verifikasıyasını həyata keçirmək;
  • Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi Xidmətinin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularını cavablandırmaq;
  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq qayda və prosedurların hazırlanması və təlimlərin keçirilməsində iştirak etmək;
  • Müştərilərin əməliyyatlarının monitorinqini həyata keçirmək, lazımi təqdirdə hesabat hazırlamaq və Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;
  • Monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını təklif etmək;
  • Xidməti məlumatların təhlükəsiz saxlanılmasını və yalnız qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etmək;
  • Cəmiyyətin məhsul və xidmətlərinin qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmununu hazırlamaq / inkişaf etdirmək;
  • Biznes və digər funksiyalardan daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
  • Cəmiyyətin müştəri qəbulu və Öz Müştərini Tanı prosedurlarında iştirak etmək, qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsini həyata keçirmək;
  • Cəmiyyətdə aşkarlanmış bütün şübhəli əməliyyatlara qarşı müvafiq tədbir görmək;
  • Cəmiyyətin əməkdaşlarına ƏL/TMM sahəsində təlimlər keçmək və ƏL/TMM sahəsindən olan məsələlər ilə əlaqəli məsləhət vermək;
  • Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulmasnı təmin etmək.
  • Qanun tələblərinə əsasən FATCA/CRS hesabatlığının təmin olunması və ötürülməsi;
  • MMX və Dövlət Vergi Xidməti ilə işgüzar yazışmaların aparılması;
  • Aidiyyəti şəxslərin siyahısının aparılması və daxili proqram təminatına daxil edilməsi;

Xüsusi tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • ƏL/TMM üzrə minimum 3 il iş təcrübəsi;
  • Cəmiyyətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
  • İnvestisiya fəaliyyətinin əsaslarını bilmək;
  • Biznes prosesləri bilmək;
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Korporativ davranış normalarını bilmək;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik;

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər