17 C
Baku
Friday, November 1, 2024

Sənədləşmə üzrə hüquqşünas – Cronos Construction

0
Sənədləşmə üzrə hüquqşünas – Cronos Construction
Bakı
23.10.2024

Namizədə Tələblər:

  • Hüquq üzrə bakalavr/ magistr dərəcəsi;
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Danışıqlar aparmaq və hüquqi yazı bacarıqları;
  • Yüksək səviyyədə vaxt idarəetmə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Detallara diqqət yetirmək və komanda daxilində əməkdaşlıq etmək bacarığı;
  • MS Office proqramında işləmə bacarığı;
  • Azərbaycan qanunvericiliyini (Mülki, inzibati, kommersiya, əmək və s.) təfsir etmə bacarığı;
  • Azərbaycan dili – mükəmməl, ingilis və  rus dilləri – arzuolunandır.

Vəzifə üzrə öhdəliklər:

  • İddia, etiraz, şikayət və digər hüquqi sənədlərin hazırlaması;
  • Hüquqi mübahisələrin daimi olaraq nəzarətdə saxlanması, vaxtında və effektiv həllinin təmin edilməsi;
  • Məhkəmədən əvvəlki müddət ərzində danışıqlar yoluyla mübahisələrin həllində iştirak.
  • Korporativ hüquq məsələləri üzrə hüquqi dəstək verilməsi;
  • Hüquqi risklərin qiymətləndirilməsi və minimuma endirilməsində iştirak, Şirkətin maraqlarını qorumaq üçün zəruri tədbirlərin həyata keçirilməsi.
  • Cəmiyyətin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
  • Əmlak  münasibətlərinin tənzimlənməsində hüquqi dəstək;
  • Əldə edilmiş əmtəə nişanlarının, patentlərin qorunması üçün tədbirlərin həyata keçirilməsi və müddətlərin izlənilməsi.
  • Müqavilələrin, sazişlərin və onlara əlavə və dəyişikliklərin hazırlanması, layihələrin hüquqi ekspertizası, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Şirkətin mənafeyinə, habelə daxili qaydalara uyğun tərtib olunması;
  • Müqavilə münasibətləri üzrə öhdəliklərdən yayınma halları baş verdikdə zəruri hüquqi müdaxilələrin edilməsi.
  • Şirkətin digər şöbələrinin fəaliyyətinin, habelə dövriyyədə olan sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi dəstəyin verilməsi, idxal-ixrac əməliyyatlarının qanunvericiliyin tələblərinə müvafiq aparılmasının təmini.
  • Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 6 günlük iş rejimi
  • Həftə içi günlər saat 10:00-dan 18:00-dək
  • Şənbə günü 10:00-dan 16:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.

Uyğun namizədlər CV-lərini “ Sənədləşmə üzrə hüquqşünas” başlığı ilə e-mail elektron poçt ünvanına göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq