17 C
Baku
Friday, November 1, 2024

Təhlil şöbəsi – Analitika mərkəzinin aparıcı mütəxəssisi – Azərbaycan İnvestisiya Holdinqi

0
Təhlil şöbəsi – Analitika mərkəzinin aparıcı mütəxəssisi – Azərbaycan İnvestisiya Holdinqi
Bakı
23.10.2024

Vakansiyanın təsviri

  • Maliyyə platformaları ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi;
  • “Greenfield” layihələri ilə bağlı mövcud trendləri və imkanları qiymətləndirmək üçün araşdırmaların aparılması;
  • Maliyyə məlumatlarının toplanması və təhlili;
  • Mövcud və potensial investisiya layihələri üçün hesabatlar və təqdimatların hazırlanması, həmçinin sözügedən layihələrə dair məlumat bazalarının idarə edilməsi;
  • Potensial investisiya tərəfdaşları və maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin qurulmasında və qarşılıqlı əməkdaşlığın həyata keçirilməsində komandaya dəstək göstərilməsi;
  • Maraqlı tərəflərlə baş tutmuş görüşlərin protokollarının hazırlamasında və müzakirə zamanı razılaşdırılmış növbəti addımların davamlı monitorinqinin həyata keçirilməsində dəstək göstərilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi);
  • Maliyyə, investisiyaların təhlili və ya əlaqəli sahələr üzrə ən azı 2 il iş təcrübəsi;
  • MS Office və layihələrin idarə edilməsi üzrə müxtəlif proqramlarda səlis işləmək bacarığı;
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara malik olan şəxslərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Əla kommunikasiya və münasibət qurmaq bacarıqları;
  • Güclü analitik və problem həlletmə bacarıqları;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 13 noyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

Müraciət üçün (CV): https://aih.gov.az/karyera/tehlil-sobesi-analitika-merkezinin-aparici-mutexessisi-50?lang=az