25 C
Baku
Sunday, April 21, 2024

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 58-ci günü

17:20 — Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün bunları bildirib:

    • Rusiya-Ukrayna danışıqları ləng gedir.
    • Rusiya və Qazaxıstan ikitərəfli əlaqələrə xələl gətirmək cəhdlərinə qarşı durmaq niyyətindədir.
    • Rusiya iyunda Qazaxıstan prezidentinin Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumuna (SPİEF) səfərini gözləyir.
    • Əfqanıstandakı çətin durum bütün regionun təhlükəsizliyinə təsir göstərir.
    • Qazaxıstan tərəfi Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nın gedişi barədə ətraflı məlumatlandırmışam.
    • Qərbin danışıqlar apara bilməməsi göz qabağındadır, onlar dünyanın hər yerində onun təsiri ilə mübarizə tədbirləri haqqında düşünürlər.

15:10 Atıcılıq üzrə Ukrayna millisinin sabiq üzvü İvan Bidnyak Rusiya ilə müharibədə həlak olub.

08:30 — Yaponiya Kuril adasını 2003-cü ildən bu tərəfə ilk dəfə Rusiya tərəfindən işğal olunmuş kimi göstərdi

08:25 — İtaliyanın maliyyə naziri Daniele Franko ölkənin Ukraynaya əlavə 200 milyon avro yardım göndərəcəyini açıqlayıb.

06:00 — Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.

05:54 — ABŞ və Çexiyanın hərbi sənaye kompleksləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

05:50 — ABŞ konqresmenləri gələn həftə Ukraynaya əlavə yardım sorğusuna baxacaqlar. Bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

05:39 — Amerika Birləşmiş Ştatlar hazırda “G7” tərəfdaşları və beynəlxalq maliyyə institutları ilə növbəti rüb ərzində iqtisadiyyatı ayda 5 milyard ABŞ dolları səviyyəsində saxlamaq üçün maliyyə ehtiyaclarını təxmin edilən Kiyevə kömək etmək üçün əlavə vəsaitin haradan toplanacağı ilə bağlı müzakirələr aparır. – ABŞ-ın maliyyə naziri Canet Yellen.

04:18 — Şarl Mişel: Avropa İttifaqı Ukrayna üçün ağır silahlar alacaq.

03:21 — Ukraynanın ayda 5 milyard dollara yaxın yardıma ehtiyacı var: BVF (IMF)

02:46 — Ukraynanın infrastrukturuna 60 milyard dollar ziyan dəyib: Dünya Bankı

02:33 — Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibədən sonra bərpası üçün Milli Şura yaradıb.

00:10 — Rusiya Prezidenti Vladimir Putin “Böyük İyirmilik” (G20) ölkələrinin sammitinə dəvət olunub, Bunu “G20”yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.

 


Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər