9 C
Baku
Thursday, December 12, 2024

Məlumat analitiki – PAŞA Sığorta

0
Məlumat analitiki – PAŞA Sığorta
25.04.2019

“PAŞA Sığorta” ASC namizədləri Aktuar xidmətində məlumat analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir keçməyə dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Faydalı məlumat mənbələrinin müəyyənləşdirilməsi, məlumatların toplanması, işlənməsi və təhlil edilməsi;
• Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
• Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
• Prediktiv modellər və maşın öyrənməsi alqoritmlərinin qurulması;
• “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
• Biznes problemləri üçün həllərin hazırlanması;
• İT, marketinq və satış komandaları ilə sıx əməkdaşlığının qurulması.

BİLİKLƏR

• Riyazi, informatika və ya iqtisadi təhsil;
• Statistik təhlil üsulları biliyi;
• Dil bilikləri: əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
• Kompüter bilikləri: MS Office üzrə qabaqcıl istifadə;
• SQL , R Studio və Python proqramlarından istifadə.

TƏCRÜBƏ

• “Data mining” və “data science” kimi istiqamətlər üzrə müvafiq təcrübə arzu olunandır
• BI alətlərindən istifadə təcrübəsi arzu olunandır.

BACARIQLAR

• Məsuliyyətlilik;
• Yüksək ünsiyyət və təqdimetmə bacarığı;
• Analitik düşüncə qabiliyyəti və işgüzarlıq;
• Təşəbbüskarlıq;
• Güclü riyazi biliklər (məsələn: statistika, ehtimal nəzəriyyəsi);
• Problem həll etmə bacarıqları;

Son müraciət tarixi: 25 may, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta