Bank “BTB” ASC Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildətəsisedilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC özkaryerasını Bankda qurmaq istəyən namizədləri işəqəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
1. Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
2. Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
3. Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
4. Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
5. Büdcənin tərtibi və onun icrası;
6. Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
7. Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;
8. Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.
Namizədə tələblər:
– İqtisadi sahədə ali təhsil;
– Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə;
– Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları;
– Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları
– MS Excel programı üzrə mükəmməl biliklər;
– Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– İFRS üzrə əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək);
– İngilis dili arzu olunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 28.06.2019-cu il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |