7 C
Baku
Thursday, December 12, 2024

Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi – Bank BTB

0
Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi –  Bank BTB
10.07.2019

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/ Kreditlərə Nəzarət Şöbəsi/ Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi

İş barədə məlumat:

 Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
 Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
 Müəyyən limit çərçivəsində olan sifarişlərin yerində biznes baxışı keçirmək;
 Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət etmək;
 Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Namizədə tələblər:

– Ali təhsil;
– Bank sektorunda kredit və anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsi;
– İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
– Stresə davamlılıq, müştərilərlə ünsiyyət qurma və tələb olunan məlumatları əldə etmə bacarığı;
– Microsoft Office proqramları üzrə biliklər (mükəmməl səviyyədə);
– Dil bilikləri: Azərbaycan dili (mükəmməl), rus və ingilis dilləri (orta səviyyədə).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.07.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaKredit anderraytinqi