AFB Bank Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi və ya maliyyə təhsili.;
• Qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
• Dil bilikləri (ingilis,rus) arzu olunandır;
• Ofis proqramları (Microsoft word, Microsoft Excell) və SQL Proqramında işləmək bacarığı;
• Qanunvericilik, sənədləşmə, Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları üzrə biliklər;
• Ünsiyyətcil və Komandada işləmək bacarığı;
• Qərar vermə qabiliyyəti.
İŞİN TƏSVİRİ:
1. Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
2. Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
3. Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
4. Bank daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
5. Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
6. Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
7. Əməliyyat risklərinin idarə edilməsi prosesindərisk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
8. Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
9. İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
10. Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
11. Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
12. Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |