Bank BTB Məlumat Mərkəzi şöbəsinə mütəxəssisləri işə dəvət edir.
Bank BTB Marketinq departamentinin Məlumat Mərkəzi şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Bekə ki, ali təhsil müəssisələrini yeni bitirmiş və ya bu sahədə təcrübəsi olan, istedadlı, inkişaf yönümlü və komandamıza güc qata biləcək namizədlər “Məlumat Mərkəzi şöbəsinin mütəxəssisi” vakansiyası üzrə işə qəbul müsahibələrində iştirak etməyə dəvət olunurlar.
Namizədlərə olan tələblər:
- Ali təhsil (iqtisadi, riyazi);
- Ünsiyyət qurma bacarığı;
- Analitik qabiliyyət;
- Nəticəyə yönümlülük;
- Komandada işləmək bacarığı;
İş barədə məlumat:
- Mövcud müştərilərə telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatların çatdırılması (ad günü təbrikləri, məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);
- Səlahiyyətləri daxilində müştərilərin sorğularının cavablandırılması və ya istiqamətləndirilməsi;
- Bankda mövcud məhsulların telefonla satışını reallaşdırmaq və telefonla satışın inkişafına kömək edən digər bütün işlərin görülməsi;
- Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək verilməsi;
- CRM sisteminin (proqram təminatının) qurulmasında iştirak etmək və təkliflər vermək;
- Xidmət keyfiyyətinin artırılmasına dair təkliflərin verilməsi;
- FAQ-nın yenilənməsinin təmin edilməsi;
- Hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məlumat Mərkəzi şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |