12 C
Baku
Tuesday, November 19, 2024

Büdcə kəsiri nədir?

0

Have a Question?

Büdcə kəsiri – dövlət büdcəsinin gəlir və xərclərinin mənfi saldosudur.

Büdcə kəsirinin səbəbləri aşağıdakılar ola bilər:

 – dövlət xərclərinin artması – həm planlaşdırılmış, məsələn, iqtisadiyyatın modernizasiyası, milli proqramların həyata keçirilməsi və s., həm də fövqəl: təbii fəlakətlər, müharibələr və s.;

– iqtisadi böhran, tənəzzül, ixrac olunan malların, məsələn, xammal, eləcə də elektronika və s. qiymətlərinin düşməsi səbəbindən dövlət gəlirlərinin azalması;

 – dövlət siyasətinin və maliyyə sisteminin  effektiv olmaması. Aşağı vergi, kölgə bazarın yüksəlişi.  Hazırkı hökumətin populizmi;

– yüksək büdcə xərcləri, dövlət sektorunda rüşvətxorluq;

 – vergi siyasətinin effektiv olmaması, nəticədə iqtisadiyyatda kölgə sektorunun artması;

– büdcə kəsiri ilə vəsait çatışmazlığı anlayışları eyni deyil. Bir qayda olaraq, real büdcə kəsiri planlaşdırma xarakteri daşıyır: onun maksimal parametrləri qəbul edilir və təsdiq olunur;

Büdcə kəsirini azaltmağın bir neçə üsulu var. Birincisi, pulların emissiyası yolu ilə. Bu, inflyasiyaya, yəni dövriyyədəki pulun dəyərsizləşməsinə və milli valyutaya inamın azalmasına gətirib çıxarır.

İkincisi, əlavə vergilərin tətbiqi, o cümlədən əhalinin müəyyən təbəqələri (“varlılar üçün vergi”), şirkətlərin müəyyən fəaliyyətləri üçün (siqaret istehsalı) və s.

Üçüncüsü, büdcə sekvestrasiyası – xərclərin azaldılması. Lakin burada da ehtiyatlı olmaq lazımdır: məsələn, sosial sektorda bu metod cəmiyyətdə gərginliyin artmasına səbəb ola bilər.

Büdcə kəsirinin maliyyələşdirilməsi üçün həm daxili, həm də xarici borclardan istifadə edilə bilər, bunun üçün maliyyə bazarına dövlətə məxsus olan qiymətli kağızlar buraxılır. Bundan əlavə, gəlir maddələrindən biri kimi dövlət əmlakının satılması da çıxış edə bilər: qiymətli metal və daş ehtiyatları, torpaq və təbii sərvətlər, habelə dövlət müəssisələrinin özəlləşdirilməsi.