12 C
Baku
Monday, November 18, 2024

London fond birjası

0

Have a Question?

London fond birjası (LSE) – ən böyük və ən qədim birjalardan biridir, 1570-ci ildə Kral birjasının qurulduğu dövrdən bəri mövcuddur. Mütəşəkkil institut kimi 1801-ci ildən bəri fəaliyyət göstərir.

Açıq səhmdar cəmiyyəti formasına malikdir və səhmlərinin ticarətini özü təşkil edir.

İki seqmentdən ibarətdir:

– Böyük Britaniyanın maliyyə tənzimlənməsi və nəzarət idarəsinin tələblərinə cavab verən şirkətlərin qiymətli kağızlarının buraxıldığı əsas bazar;

– nisbətən daha aşağı tənzimləmə ilə xarakterizə olunan, gənc və yenilikçi şirkətlər üçün nəzərdə tutulan alternativ bazar;

Korporasiyanın səhmləri LSE-yə buraxılması üçün aşağıdakı şərtlər ödənilməlidir:

– ən az 700 min funt sterlinq dəyərində bazar kapitallaşması olmalı;

– bir səhmdarın payı 30%-dən çox olmamalı;

– direktorlar şurasına məxsus olan səhmlərin payı 75%-dən çox olmamalı;

– səhmlər azad dövr etməlidirlər.

Bundan əlavə, şirkət maliyyə və idarəetmə hesabatlarını açıqlamalıdır.

LSE və FTSE Group birja indekslərini hərracların nəticələrinə əsasən hesablayırlar.

London fond birjası beynəlxalqdır: beynəlxalq səhm ticarətinin 50%-ni təşkil edir.