“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “İnsan Resursları üzrə Mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 600-800 AZN
İş şəraiti
• Tam sosial təminat
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılması;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
Tələblər:
• Cinsi: Kişi
• Yaş: 25-35
• Təhsili : Ali
• Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• Elektron hökümət portalında sərbəst istifadə bacarığı
• MS Office proqramlarında sərbəst istifadə bacarığı
• Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
• İnnovativlik və yaradıcılıq bacarığı;
• Vaxtın səmərəli idarə olunması bacarığı;
• İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
Namizədin şəxsi keyfiyyətləri:
• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan Resursları üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |