“Aztelekom” MMC hazırda Marketinq sektorunun müdiri vəzifəsi üzrə işçi qəbulu elan edir.
Departament: Kommersiya;
Şöbə: Marketinq;
Sektor: Marketinq.
Əsas vəzifə və öhdəlikləri:
1. Marketinq idarəedilməsi prosesini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirmək və prosesə riayət etmək;
2. Tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
3. Uğurlu marketinq kampaniyaları yaradır və həyata keçirir;
4. Kontentin yaradılmasına, tədbirlərin təşkilinə, reklam işlərinə, kampaniyaların yaradılmasına, kopiraytinq və fəaliyyətin təhlilinə nəzarət edir zəruri hallarda iştirak edir;
5. Marketinq kampaniyaların effektivliyini təhlil edir;
6. Tabeçiliyində olan işçilərin fəaliyyətini qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
7. Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan işçilərə dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
8. Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
9. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
1. Ali Təhsilli;
2. Marketinq sahəsində minimum 3 il təcrübəsi olmalıdır;
3. Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
4. Müasir telekommunikasiya trendlərini bilməlidir;
5. Marketinq və satış sahəsində təcrübəyə malik olmalıdır;
6. Analitik düşüncəyə malik olmalıdır;
7. Veb saytların analitik alətlərinin istifadəsini mükəmməl bilməlidir;
8. Rəqəmlərlə işləmə bacarığına malik olmalıdır
9. Bazarda olan tələbatın təhlil etmə bacarığına və hədəf auditoriyaları müəyyənləşdirmə bacarığına malik olmalıdır;
10. Kreativ zövqlü olmalıdır;
11. Yeni texnologiyalara, online marketinqə dair qabaqcıl trendlərindən daimi məlumatlı olmalıdır;
12. Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
13. Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
14. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidır;
15. İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
16. Stress və gərgin iş şəraitində çalışmağa bacarıqlara malik olmalıdır;
17. Kompüter bilikləri üzrə: MS Office Word, (xüsusi ilə Exel), PowerPoint və Outlook programlarını mükəmməl bilməlidir;
18. Sahasinə aid olan sənədlərin tərtib etmə bacarıqlara yüksək səviyyədə malik olmalıdır;
19. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
20. İşgüzar yazışma əsaslarını bilməlidir;
21. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
İŞ ŞƏRAİTİ
• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Marketinq sektoru müdiri) qeyd etməklə CV-nizi [email protected] e-ünvanına göndərə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |