9 C
Baku
Thursday, December 12, 2024

Mühasib – Azbrand MMC

0
Mühasib – Azbrand MMC
Bakı
02.07.2020

Mühasib

Vəzifə öhdəlikləri:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
– Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
– Təhtəlhesab, balans, avans hesabatının aparılması;
– Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
– Hesab və elektron qaimə-fakturaların yazılması;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
– Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.
– İşə qəbul olunmuş işçilər üçün yeni əməkhaqqı kartlarının sifariş edilməsi, zərurət yarandıqda kartların blok olunmasının təşkil olunması, vaxtı bitən kartların dəyişdirilməsi, ləğv olunması, kartların sifariş olunması üçün banka tələb olunan sənədlərin yığılması, banka təhvil verilməsi, bankdan təhvil alınması;
– Aylıq kommunal öhdəliklərin (isti su, xidmət haqqı, yük pulu, sayğac və sənədləşmə) 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;

Əmək haqqı: 1500 (min beş yüz) manat

İş vaxtının rejimi:

– İş saat 09:00 başlanır, saat 18:00 qurtarır.
– İstirahət və nahar fasiləsi saat 13:00 – dan saat 14:00 – dəkdir.
– İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü iş günü hesab edilmir.

Namizədə tələblər:

– Ali təhsil (Maliyyə və mühasibat sahəsində);
– Mühasibatlıq sahəsində sertifikat;
– İki il iş təcrübəsi;
– Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
– Yaş həddi: 25-45;

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini “mühasib” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib