13 C
Baku
Monday, September 30, 2024

Hüquqşünas – Grand Motors

0
Hüquqşünas – Grand Motors
Bakı
13.07.2020

İşə götürən: “Grand Motors” MMC

Vəzifə: Hüquqşünas

İşin təsviri:

– Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
– Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
– Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
– Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
– Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
– Veksellərin, səhmlərin qeydiyyatı və bununla bağlı digər işlərin aparılması
– Offshore və FZE şirkətlərin qeydiyyatı və lisenziyaların alınması
– Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Tələblər:

– Ali hüquqi təhsil
– Cinsiyyət: kişi
– Korporativ hüquq və məhkəmə qərarlarının icrası sahəsində ən azı 1 il təcrübə
– Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
– Şirkətlər nizamnaməsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi üzrə
– Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
– Dil bilikləri: Azərbaycan dili(əla), İngilis dili(əla), Rus dili (arzuolunandır)

İş qrafiki:

Bazar ertəsi – Cümə: 08:30 – 17:30
Şənbə: 10:00 – 16:00

Əmək haqqı: 600 AZN

Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaHüquq