Proqram təminatı departamenti
Rəqəmsal həllərin tətbiqi şöbəsi
Vəzifə: Böyük proqramçı (Front-end)
Vəzifə xüsusiyyətləri:
• Veb layihələrin və saytların tərtibatlarının hazırlanması
• Layihələr üçün yeni səhifələrin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi
• Mövcud script-lərdə dəyişikliklərin edilməsi
• Mövcud saytlara və xüsusi web formalara əlavələrin edilməsi və onların təkmilləşdirilməsi
• Veb proqram təminatının işinin optimallaşdırılması
• Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
• Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
• Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Təhsil:
• Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
Texniki biliklər:
• JavaScript
• JQuery
• React / Vue / Angular
• HTML, CSS
• Sass / Less
• Bootstrap, Material Design
• Package managers (npm, yarn)
• Gulp, Webpack
• Git
Dil Bilikləri:
İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İş təcrübəsi:
ən az 2 il
Namizədlər müvafiq vakant vəzifə üzrə CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | İT |