13 C
Baku
Friday, November 15, 2024

Maliyyə Nəzarətçisi – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

0
Maliyyə Nəzarətçisi – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Bakı
01.12.2020

Maliyyə Nəzarətçisi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Maliyyə Nəzarətçisi vakansiyasını elan edir. Biz yerli və xarici həmkarlar ilə beynəlxalq mühitdə işləmək istəyən, istər pedaqogika, istərsədə digər sahələrdə davamlı öyrənmə və inkişaf üçün açıq, dinamik, enerjili və təşəbbüskar namizədləri müsahibəmizdə iştirak etməyə dəvət edirik.

REQUIREMENTS and QUALIFICATIONS

• Maliyyə Nəzarətçisi kimi (Beynəlxalq şirkətlərdə Baş mühasib olaraq) 1-3 il iş təcrübəsi
• Mühasibat və ya maliyyə sahəsində 5+ ümumi iş təcrübəsi
• Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil
• ACCA və ya CIMA imtahanlarından müəyyən sayda imtahanları (papers) keçmiş olması
• Maliyyə hesabatlarının hazırlanmasında iş təcrübəsi
• İngilis dili İntermediate səviyyədə arzuoluanandır
• 1C mühasibat proqramının yaxşı səviyyədə istifadəçisi
• MS Office proqramlarının yaxşı səviyyədə istifadəçisi

RESPONSIBILITIES

• Debitor və kreditorlarla hesablaşmalar, Baş kitab, Xərclərə nəzarət və gəlirlərin tanınması üzrə mühasibat əməliyyatlarının aparılmasına nəzarət etmək
• Büdcə və maliyyə hesabatlarının proqnozlaşdırılan və faktiki xərcləri üzrə kənarlaşmalarını hazırlamaq
• Aylıq maliyyə hesabatlarının hazırlamaq
• Ayın və ilin bağlanması prosesinə dəstək vermək
• Ölkə qanunvericiliyinə uyğun olaraq vergi, sosial və digər hesabatların düzgün hazırlanmasını və təqdim olunmasını təmin etmək
• Daxili nəzarətin gücləndirilməsi üçün mühasibat siyasəti və digər biznes proseslərin sənədləşdirilməsini inkişaf etdirmək
• Maliyyə Nəzarətçisinin öhdəliklərinə aid digər vəzifələrin yerinə yetirmək

Maraqlanan namizədlər (Word və ya PDF formatında)

1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və

2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn, Maliyyə nəzarətçisi) qeyd olunmaqla, [email protected] electron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə