2 C
Baku
Saturday, December 14, 2024

Maliyyə hesabatlığı üzrə mütəxəssis – Bizim Market

0
Maliyyə hesabatlığı üzrə mütəxəssis – Bizim Market
Bakı
16.12.2020

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Maliyyə hesabatlığı üzrə mütəxəssis

Namizədə olan tələblər:

• Maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
• Maliyyə hesabatların tərtib edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
• İFRS bilikləri arzuolunandır;
• Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
• Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
• Yüksək səviyyədə Excel bilikləri;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili və rus dili (üstünlükdür)

Vəzifə üzrə öhdəliklər:

• İdarəetmə uçotu üzrə maliyyə hesabatların (balans, gəlir/xərc hesabatı və pul vəsaitlərin hərəkəti haqqında hesabat) müəyyən edilmiş müddətdə tərtib edilməsi

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı razılaşma yolu ilə (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).

Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə hesabatlığı üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasibatlıq və Maliyyə