13 C
Baku
Friday, November 15, 2024

Mühasib/Baş Mühasib – MSDIS Holding

0
Mühasib/Baş Mühasib – MSDIS Holding
Holdinq
Bakı
23.12.2020

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Mühasib/Baş Mühasib

Vəzifə öhdəlikləri:

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
– Ödənişləri nəzarətdə saxlamaq
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
– Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
– Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
– Daxili nəzarət (audit)
– Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
– Bütün Bank əməliyyatların icra edilməsi
– Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
– Məxfilik prinsiplərini pozmamaq.

Tələblər:

– Yaş: 25-45;
– Təcrübə: ƏDV ödəyicisi olan şirkətdə mühasib/baş mühasib kimi 2 il iş təcrübəsi;
– Təhsil: Ali (Maliyə, Mühasibat uçotu və audit);
– Kompüter bacarıqları: Microsoft Offices (Word, Excel, PowerPoint);
– 1C və digər oxşar mühasibatlıq proqramlarını bilmək;
– Vergi Məcəlləsini bilmək;
– Riyazi və analitik bacarıq;
– Məsuliyyət və işində dəqiqlik;
– Diqqətcil;
– Dürüstlük;
– Komandada işləmə bacarığı;
– Zəhmətkeş və bilikli əməkdaş axtarırıq.

Texniki Bacarıqlar

– “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
– Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi

İş şəraiti:

– iş qrafiki: 09:00-18:00
– əmək haqqı: müsahibə əsasında təyin olunur
– iş yeri: MSDIS Holding/baş ofis

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində vəzifə adını qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib