İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Rəqəmsal Bankçılıq şöbəsində Mobil proqram üzrə baş tərtibatçı (Android)” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Android Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Proqramlaşdırma departamenti, Rəqəmsal Bankçılıq şöbəsi
Vəzifə: Mobil proqram üzrə baş tərtibatçı (Android)
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri
Vəzifə öhdəlikləri:
– Mobil platformaların hazırlanması və modifikasiyası;
– Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
– Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
– Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
– Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.
Tələblər:
– Android (Kotlin) platforması istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi (Gradle və ya Android Studio bilikləri-şirkətdə istifadə);
– Keyfiyyətli kodlaşdırma təcrübəsi;
– Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
– Android SDK (API lvl > 14 tam biliklər, API levels (19, 21, 23, 26) müxtəlifliyini anlama bacarığı;
– MVP, Clean və digər müasir strukturları anlama bacarığı;
– Android application architecture, Android Memory Management bilikləri;
– HTTP/ TCP/ UDP, Multithreading & Concurrency, RxJava, Dagger 2 bilikləri;
– Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
– Peşəkar və sürətli inkişaf arzusu;
– Testlərin yazılma bacarığı arzuolunandır (JUnit, Espresso)
– Komandada işləmə təcrübəsi arzuolunandır.
Biz Sizə nə təklif edirik:
– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |