12 C
Baku
Wednesday, December 11, 2024

Marketinq üzrə Baş Mütəxəssis – Pasha Capital

0
Marketinq üzrə Baş Mütəxəssis – Pasha Capital
Bakı
30.03.2021

Marketinq üzrə Baş Mütəxəssis

Vəzifənin məqsədi:

Marketin1 siyasəti çərçivəsində şirkətin tanıdılması, marketinq kampaniyalarının təşkili, doğru hədəf kütləsinin seçilməsi və müvafiq məhsulların çatdırlması. Satış komandası ilə birgə nəticələrə nəzarət edilməsi və marketing satış siyasətinin uyğunlaşdırılması.

Vəzifə öhdəlikləri:

1. Şirkətin fəaliyyət göstərdiyi maliyyə bazarları sahəsinin xüsusiyyətlərini nəzərə alınaraq Marketing və satış siyasətinin tərtib edilməsi, qayda və prosedurların və hesabatlılığın hazırlanması;
2. Bazar araşdırması apararaq hazırdakl tendensiyaların, müştərilərin ehtiyac və tələblərinin müəyyən edilməsi. Həm fiziki, həm də hüquqi şəxslərin tələb və ehtiyacları müəyyənləşdirildikdən sonra, müvafiq qruplar üçün məshulların hazırlanmasında iştirak etmək və reklam və marketinq kampaniyalarını təşkil etmək;
3. Marketinq strategiyasını tətbiq etmək. Marka imajı formalaşdırmaq, yeni hədəf kütlələri müəyyən etmək və müvafiq büdcə formalaşdırmaq. İşin həm yaradıcılıq tərəfinə, həm də tətbiqinə nəzarət etmək;
4. Marketinq və satış kanallarını müəyyənləşdirmək, budcənin effektiviliyinin artırılması məqsədi ilə optimal həllər təklif etmək;
5. Marketinq kampaniyalarının nəticələrini büdcə və satış baxımından təhlil edərək prosesi optimallaşdırmaq nəticələrlə bağlı aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə:

– Təhsil: Marketinq, maliyyə və s. sahələr üzrə bakalavr təhsili
– Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
– Bilik: Qiymətli kağızlar bazarı sahəsi üzrə biliklərə üstünlük verilir
– Bacarıq: Analitik düşünmə və qısa zamanda öyrənmə qabiliyyəti, bazar araşdırma və marketinq stategiyalarının tətbiqi üzrə biliklər, sosial media platformalarından və google tool’lardan professional səviyyədə istifadə bacarığı. Azərbaycan, ingilis və rus dilləri

Təcrübə: Maliyyə, kapital bazarları, bank sektorlarında marketinq təcrübəsi, satış

Maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına mövzu başlığında “Marketinq üzrə Baş mütəxəssis” yazaraq göndərmələri rica olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər