10 C
Baku
Wednesday, December 11, 2024

Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert\şöbə rəisi müavini – Rabitəbank

0
Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert\şöbə rəisi müavini – Rabitəbank
Bakı
30.06.2021

“Rabitəbank” ASC Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini vakansiyası üzrə  işə qəbul elan edir.

Əsas vəzifələr:

– Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;

– Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarətini etmək;

– Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin vermək;

– Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək.

 

Namizədə olan tələblər:

– Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);

– Kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;

– Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);

– MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunandır);

– Riyazi, statistik və ekonometrik biliklər;

– Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işlənmə bacarığı;

– Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;

– Komandada işləmək bacarığı;

– Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi