Bakı
26.01.2022
İşiniz nədən ibarətdir?
- Təşkilatın əməkdaşları və komandalarının iş məhsuldarlığının artırılması;
- Təşkilatın inkişafı üçün zəruri olan proses, siyasət və prosedurların qurulmasında iştirak;
- Bankın HİPO və Davamlılıq siyasəti üzrə prosesin qurulması, icrası, müvafiq dəyişikliklərin edilməsi və monitorinqi;
- Bankın HİPO və Davamlılıq siyasəti üzrə təyin olunan davamçıların təlim və inkişaf proqramlarının hazırlanması və icrası, bu istiqamətdə bankdaxili əməkdaşlığın qurulması, həmçinin korporativ mərkəz tərəfindən daxil olan tapşırıqların idarəedilməsi;
- PAŞA Hub mərkəzindən daxil olan tapşırıqların idarəedilməsi;
- Korporativ mərkəzlə bütün təşkilati inkişaf prosesləri barədə sıx əməkdaşlığın qurulması və daxil olan tapşırıqların icrası;
- Bank üzrə karyeranın inkişaf prosesinin qurulması və təlim, inkişaf prosesi ilə əlaqələndirilməsi;
- Təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələrin və proseslərin icrası;
- Karyeranın inkişafına və dəyişikliyinə yönəlik məktəb və “bootcamp”ların planlanması, digər Tİ mütəxəssisi ilə birgə kurrikulumların tərtibi və icrası;
- Kurasiya üzrə təşkilati inkişaf proseslərindən işçi məmnuniyyət səviyyəsinin təqib edilməsi və rüblük əsasda ölçülməsi;
- Tİ prosesləri üzrə rəqəmsal həllər yolunun araşdırılması və yeni təkliflərin irəli sürülməsi;
- İR beynəlxalq trendlərin izlənilməsi və ən azından ildə 2 dəfə komandalara təqdimatın keçirilməsi;
- İşçilərin inkişaf planına uyğun olaraq təlim proqramlarının araşdırılması və təmin edilməsi;
- Fəaliyyətin idarəedilməsi prosesinin icrası, İR biznes partnyorluq komandasına Tİ kurasiya üzrə dəstəyin göstərilməsi; prosesin icrası zaman yaranan sualların cavablandırılması, həllini tapmayan sualların fəaliyyətin idarəedilməsi üzrə proses sahibinə yönləndirilməsi;
- Təşkilati inkişaf üzrə data keyfiyyətinin təminatı və bütün proseslər üzrə lazımi bazalara vaxtında məlumatın daxil edilməsi;
- Avans və tələbnamələrin düzgün yerləşdirilməsi;
- Təlim sifarişlərinin proseslə müəyyən edilmiş qaydada açılması;
- Təlim ehtiyaclarının qarşılanması ilə bağlı aylıq hesabatın sistemə daxil edilməsi;
- Tİ üzrə kurasiyada şöbə rəhbəri tərəfindən verilən təşkilati struktur dəyişikliklərinin icrası və təşkilati struktur üzrə lazımi təqdimatların hazırlanması və iş analizi formasının doldurulmasının təmin edilməsi;
- Təşkilati strukturun yenilənməsi və bütün Tİ kurasiyalar üzrə icrasının monitorinqi və təmin edilməsi, struktur dəyişiklərinin təsdiqi prosesinin icrası;
- İş analizinin vaxtında yerinə yetirilməsi və iş analizi prosesinin şəffaflaşdırılması məqsədilə Tİ şöbə rəhbəri tərəfindən təsdiq olunan tədbirlər planının icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil
- İş təcrübəsi: İstedadların idarəedilməsi, Karyeranın idarəedilməsi, Fəaliyyətin idarəedilməsi, Təlim və İnkişaf, və ya digər İR sahələrində ən az 4-5 il
- Lisenziya / Sertifikat: SHRM/ CİPD, PMP
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: Microsoft Office, Power Point, Excel
- Məhsul üzrə biliklər: İstedadların idarəedilməsi siyasəti
- Bazar üzrə biliklər:
- Təlim, inkişaf və karyeranın idarəedilməsi
- “Design thinking”
- İR üzrə “agile governance”
Digər:
- Ünsiyyət və nitq bacarığı
- İnnovativ düşüncə və özünü inkişaf bacarığı
- Liderlik bacarığı, yenilikçi, komandada iş bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 18.02.2022-ci il tarixinədək başlıqda “Təşkilati İnkişaf üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |