-1 C
Baku
Saturday, December 14, 2024

Xərclər üzrə analitik – PASHA Life

0
Xərclər üzrə analitik – PASHA Life
Bakı
24.02.2022

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 09 mart 2022

Vəzifə Öhdəlikləri:

  • Şirkətin administrativ xərclərinin məhsullar və xərc əmsalları üzrə bölünməsini icra etmək;
  • Sığorta məhsulları üzrə hesablanmış xərc əmsallarının təhlili;
  • Xərclərin analizi üzrə mütəmadi olaraq təhlillərin aparılması və bu barədə hesabatların hazırlanması;
  • Xərclər üzrə il sonuna gözlənilən proqnozların hazırlanması və büdcə ilə kənarlaşmaların təhlil edilməsi;
  • Büdcə prosesində xərclərin müəyyən edilməsində iştirak etmək, zəruri təhlilləri yerinə yetirmək;
  • Şirkət daxili struktur dəyişikliyi və ya proses dəyişikliyi olduğu halda xərc effektivliyini ölçmək;
  • Şirkət daxili əhəmiyyətli layihələr və ya peşəkar xidmətlər üzrə çəkilmiş xərclərin effektivliyini ölçmək – zərurət olduqda;
  • Şirkət daxili administrativ xərclər üzrə qənaət (cost saving) imkanlarını aşkar etmək və xərc qənaəti üzrə təkliflər irəli sürmək;
  • Şirkət daxili xərclərin aylıq hesabat üçün hazırlanması və analiz edilməsi, büdcə ilə fərqlərin təhlil edilməsi

Namizədə olan tələblər:

  • İş təcrübəsi:  Xərclərin analiz olunması vəzifəsi üzrə 1 il iş təcrübəsi tələb olunur. (Ümumilikdə maliyyə sahəsi üzrə 2 il iş təcrübəsi)
  • Təhsili/ixtisası: Maliyyə, iqtidasiyyat, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Power Point, Word) :əla. SQL, Power Bİ – arzuolunandır
  • Üstünlüklər: Sertifikasiya/lisenziya: ACCA – MA, FA, PM və FR imtahanlarlarını uğurla tamamlaması. CMA, CCP (Certified Cost Professional) – arzuolunandır.
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaSığorta