Have a Question?
Torpaqların zibillənməsi və korlanması, əkin yerinin yandırılması, torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və s. kimi qanun pozuntuları törədən şəxslər barəsində qanunvericilik müəyyən sanksiyalar nəzərdə tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244, 245, 247, 248, 251-ci və s. maddələrində bu kimi halları törədən şəxslər barəsində sanksiya kimi cərimələr müəyyən edilir.
Eyni zamanda, Cinayət Məcəlləsinin 188-ci maddəsi torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını cinayət əməli kimi müəyyən edir. Cinayət Məcəlləsi bu kimi əməllərin törədilməsinə görə cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar müəyyən edir.