İşçiyə qoyulan tələblər:
- Təhsil-İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
- İş təcrübəsi-1 ildən artıq mühasibatlıq sahəsi üzrə;
- 1C, MS Excel bilikləri;
- Detallara diqqət etmək, məsuliyyət və dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Nağdsız ödənişlərin aparılması, ödəniş sənədlərinin hazırlanması;
- Təchizatçı şirkətlər ilə imzalanmış üzləşdirmə aktları əsasında internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- 1C proqramında bank çıxarışlarının işlənməsi;
- Elektron vergi sistemi ilə işləmək, e-qaime-nin düzgünlüyünün yoxlanılması, onlayn kargüzarlıq ilə iş;
- Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Bank əməliyyatlarının yoxlanılması, nəzarəti və uçotunun aparılması;
- Müxtəlif məsələlərin həlli üçün banklarla əlaqə saxlanılması;
- Sənədlərin arxivləşdirilməsi;
- Dövrün aylıq bağlanması, rəhbərlik üçün hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şərtləri:
- Stabil iş
- Icbari sığorta
- Əmək haqqı: razılaşma əsasında;
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “Bank və kassa əməliyyatları üzrə Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). [email protected]
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.