9 C
Baku
Thursday, December 12, 2024

Marketinq üzrə mütəxəssis – Ləzzət Qida Sənaye

0
Marketinq üzrə mütəxəssis – Ləzzət Qida Sənaye
Bakı
20.09.2023

Namizədə tələblər:

  • Ali təhsilli,
  • Rus dili arzu olunandır,
  • Yaş həddi 25-40
  • Plastmas Kapsul,qapaq və Karbon qazı sahəsində fəaliyyət göstərəcək , ən azı 1 il satış və marketinq təcrübəsi olan,
  • İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək,
  • Komanda işinə maraq göstərən,
  • Microsoft Office proqramlarında işləmə bacarığı,
  • Satış və marketinq sahəsində karyera qurmağı hədəf seçən,
  • Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran,
  • Planlaşdırma və problem həll etmə bacarığını inkişaf etdirmiş,
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı,
  • Tənqidə açıq, şəffaf və bölüşgən,
  • Məsuliyyət daşımaq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmiş,
  • Böyük və çox funksiyalı kollektivdə kollektiv üzvü, ya da kollektiv rəhbəri olaraq vəzifə yerinə yetirmiş olması üstünlükdür.
  • Analitik-informasiya və strateji düşünmə qabiliyyəti olan,
  • Gərgin iş tempinə uyğunlaşa bilən,
  • B kateqoriyalı sürücülük vəsiqəsinə sahib, aktiv olaraq avtomobil idarə edə bilən və şəxsi avtomobili olan,
  • Bakı şəhərində yaşayan,
  • Kişi namizədlər üçün hərbi xidməti başa vurmuş,

İş barədə məlumat:

  • Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq,
  • Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq,
  • Mövcud kampaniyaların həyata keçirilməsini təmin etmək,
  • Məhsulların tənzimlənməsi və varlığının yoxlanması (ifşası)-nı təmin etmək,
  • Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək,
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq,
  • Yeni məhsulları tanıtmaq,
  • Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermək,
  • Müştərilərin problemlərini həll etmək,
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək,
  • Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək,

İş qrafiki – Həftənin 5 günü saat 09:00-18:00. İstirahət günü-Şənbə,bazar günü

Üstünlüklər:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
  • Tibbi Sığorta (işçini əhatə edən)

Əmək haqqı müsahibə əsnasında bildiriləcəkdir.

Qeyd: CV göndərilən e-maillərdə mövzu (subject) bölməsinə “PET preform” qeyd edilənlər nəzərə alıncaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR