Bakı
22.01.2024
Vəzifə Funksiyaları:
- Holdingin rəsmi hesabatlarının tərtip olunması;
- Vergi hesabatlarının tərtip olunması (ƏDV, ÖMV, mənfəət v.s);
- Statistik hesabatların tərtip olunması (aylıq,rüblük);
- Sosial hesabatların yoxlanması;
- DSMF-ə hesabatların təqdim olunması;
- Holdingin daxili proqramına əsasən 1C proqramında bütün müxabirləşmələrə nəzarət;
- Vergidən daxil olunmuş məktublara düzgün və operativ cavab verilməsi;
- Maliyyə sabitliyinin təmin edilməsi üçün, müəssisənin strukturunu və fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırılması;
- Təsərrüfat əməliyyatlarının keçirilməsinə, mühasibat informasiyalarının işləmə texnologiyasına və sənəd dövriyyəsinin qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- Müəssisədə və onun bölmələrində mühasibat uçotu və hesabatının səmərəli təşkilini təmin edilməsi;
- Müəssisənin fəaliyyəti, əmlakın vəziyyəti, gəlir və xərcləri barədə tam və doğru mühasibat informasiyanın formalaşmasını və vaxtında təqdim edilməsini təmin edilməsi;
- Sənədlərin qanuni, vaxtında və düzgün tərtib edilməsini təmin edilməsi və aidiyyati dövlət qurumlarına göndərilməsi;
- Əməliyyatların mühasibat uçotunun, onların hərəkəti ilə əlaqədar, hesablarda vaxtında öz əksini tapmasını təşkil edilməsi.
Tələblər:
- 25-45 yaş arası olması;
- 3-5 il müvafiq sahadə təcrübə;
- İqtisadi sahədə ali təhsil;
- İstehsalat sahəsində təcrübə;
- 1C (8.3) və Ofis proqramlarını mükəmməl bilməsi;
- Rəhbərliyin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrası;
- Diqqətli və məsuliyyətli olması.
İş rejimi: Həftə içi 6 gün 10:00-18:00, Şənbə 10:00-14:00 iş saatı.
Əmək haqqı razılaşma ilə. İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır.
Uyğun namizədlərin subject hissəsində vəzifənin adını qeyd edərək email ünvanına CV-lərini göndərməkləri xahiş olunur. [email protected]