Siyəzən
28.10.2024
İş yeri: Siyəzən rayonu, Zarat k;
İş təcrübəsi: Anbar və logistika sahəsində minimum 5 il iş təcrübəsi (dəmir yolu daşımaları və sənədləşməsi üzrə təcrübə mütləqdir);
Təhsil: Ali;
Vəzifə öhdəlikləri:
- Anbar və logistika işlərinin (malların qəbulu, saxlanılması, aşırılması, yüklənməsi, göndərilməsi və s.) ümumi təşkili və idarə olunması;
- Anbarlarda daxili qaydalara uyğun əməliyyatların aparılmasını təşkil etmək;
- Malların qəbulu və satışı zamanı nəqliyyatın planlaşdırılmasını təmin etmək;
- Ölkə daxilindən və xaricindən alınan məhsulların daşınması və anbara təhvil olunması ilə bağlı bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək;
- Anbar üzrə daxil olmaların/çıxarılmaların idarə olunması və daim nəzarətdə saxlanılması;
- Mövcud logistik sxemlərin müntəzəm olaraq optimallaşdırılması istiqamətində fəaliyyət göstərmək;
- Müştərilər və logistik sxemlər üzrə bazanın formalaşdırılması və daim yenilənməsini təmin etmək;
- Müvafiq anbar və logistika sənədlərinin düzgün tərtib olunması və məlumatların müntəzəm olaraq elektron qaydada müvafiq proqramlar vasitəsilə müvafiq rəhbərlərə gündəlik ötürülməsini təmin etmək;
- Bazar qiymətlərinin monitorinqi və risklərin dəyərləndirilməsi və bu barədə təkliflərin hazırlanması;
- Tabeliyində olan işçilərin daxili intizam qaydalarına, yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət olunması;
- Rəhbərliyə fəaliyyət ilə bağlı mütəmadi hesabatların və təkliflərin verilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dili mükəmməl;
- MS Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı.
Əməkhaqqı: 1000-1500 AZN
İş şərtləri:
- 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizi e-mail elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını –“İcraçı direktor” yazıb göndərməklə müraciət edə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |