17 C
Baku
Friday, November 1, 2024

Büdcə üzrə mütəxəssis – Xalq Sığorta

0
Büdcə üzrə mütəxəssis – Xalq Sığorta
Bakı
28.10.2024

Tələb olunan bilik və bacarıqlar:

  • 1C 8.3 proqramı ilə işləmə bacarığı;
  • Kompyuter bilikləri: excel üzrə biliklər;
  • Sahə üzrə beynəlxalq sertifikat;
  • Dil bilikləri- azərbaycan dili-əla; Rus və ingilis dilləri arzuolunandır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
  • İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Büdcə və investisiya planının hazırlanması üçün məlumatların yığılması, emalı və təhlili, büdcənin hazırlanmasında birbaşa iştirak;
  • Hər bir hesabat dövrünün sonunda faktiki nəticələrlə büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlamaq;
  • Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlar hazırlamaq.
  • Strukturun əsasnaməsinə uyğun olaraq həvalə olunmuş digər tapşırıqların həyata keçirilməsi;
  • Gəlir və xərclərin təhlili, gəlirlərin artırılması və xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrlə koordinasiyalı işin təşkili;
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarını dəqiqlik və dolğunluq baxımından təhlil etmək;
  • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək;
  • Cəmiyyətin dövri hesabatlarını təhlil edərək nəticəni rəhbərliyə təqdim etmək.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri;
  • İmtiyazlar: Tibbi sığorta;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Büdcə üzrə mütəxəssis) qeyd edərək, elektron poçt ünvanına göndərilməsi xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta