20 C
Baku
Friday, November 1, 2024

Korporativ maliyyə şöbəsinin böyük mütəxəssisi – Azərbaycan İnvestisiya Holdinqi

0
Korporativ maliyyə şöbəsinin böyük mütəxəssisi – Azərbaycan İnvestisiya Holdinqi
Bakı
29.10.2024

Vakansiyanın təsviri

  • İnvestisiya fürsətlərinin və investisiya qoyuluşu layihələrinin təhlilinin müvafiq maliyyə modelləri (NPV, IRR və digər modellər) yaratmaqla həyata keçirilməsi;
  • Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət şirkətlərinə və müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə (bundan sonra – portfel şirkətləri) maliyyə idarəetməsi sahəsində metodiki dəstək göstərilməsi;
  • Portfel şirkətləri tərəfindən təqdim edilən qiymətləndirmə modelləri, layihə planları və investisiya memorandumlarının nəzərdən keçirilməsi və təhlili;
  • Layihələrin prioritetləşdirilməsi və kapital qoyuluşu büdcələrinin təhlili və tərtibi;
  • Potensial portfel şirkətlərinin alınması və birləşdirilməsi (M&A) üzrə layihələr çərçivəsində araşdırma və təhlil proseslərində iştirak;
  • İnvestisiyalara uyğun təqdimatların, tövsiyə yazılarının və memorandumların hazırlanması prosesində iştirak;
  • Portfel şirkətlərinin maliyyə hesabatlarının müvafiq fəaliyyət istiqamətləri üzrə təhlili;
  • Portfel şirkətlərinin korporativ maliyyə sahəsində hüquqi aktlar, texniki norma və qaydalar, sahənin inkişafına yönəldilmiş proqramlar, inkişaf konsepsiyaları və digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak.

 

Xüsusi tələblər

  • Ali təhsil (mühasibat uçotu, maliyyə və s. əlaqəli sahələr);
  • Korporativ maliyyə, şirkətlərin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi, investisiyalar sahəsi üzrə ən azı 3 il iş təcrübəsi (böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl konsaltinq şirkətlərində iş təcrübəsi arzuolunandır);
  • Texniki-iqtisadi əsaslandırmalar üzrə biliklər;
  • Maliyyə modelləşdirilməsi və şirkətlərin qiymətləndirilməsi üzrə praktiki biliklər;
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, ACCA, CIMA, CPA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 6 noyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

Müraciət üçün (CV): https://aih.gov.az/karyera/korporativ-maliyye-sobesinin-boyuk-mutexessisi-51?lang=az

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər